Cüdoçumuz Hidayət Heydərov dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
Azərbaycan cüdoçusu Hidayət Heydərov Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

Çempionatda 73 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz moldovalı Adil Osmanov, ABŞ təmsilçisi Cek Yonezuka və kanadalı Artur Margelidona qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ikiqat Avropa çempionu italiyalı Manuel Lombardoya məğlub olan H.Heydərov bürünc medal uğrunda görüşə çıxacaq.

İdmançımız üçüncü yer uğrunda görüşdə yaponiyalı altıqat dünya çempionu Soişi Haşimoto ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi hələ çempionatda medal qazana bilməyib. Dünya çempionatı mayın 14-də başa çatacaq.

Xəbər 135 dəfə oxundu.