Ağırlıqqaldırma üzrə Afrika çempionatında Azərbaycanı üç idmançı təmsil edəcək
Mayın 11-18-də Tunisdə keçiriləcək ağırlıqqaldırma üzrə Afrika çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti müəyyənləşib.

Yarışda ölkəmizi üç idmançı təmsil edəcək.

Qadınların yarışında Nazilə İsmayılova (45 kq), kişilərdə isə İsa Rüstəmov (67 kq) və Ömər Cavadov (73 kq) 33-cü Afrika çempionatında körpücük üzərinə çıxacaqlar.

Qeyd edək ki, Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında ermənilərin təxribatı nəticəsində millinin yarışda iştirak edə bilməməsidir. Tunisdəki turnir “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Xəbər 164 dəfə oxundu.