Azərbaycanın idman jurnalistləri millisi “Qalatasaray”ın əfsanələri ilə qardaşlıq oyunu keçirəcək
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə Türkiyədə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş futbol matçı keçiriləcək.

Oyun “Qalatasaray”ın UEFA kubokunu qazanmasından 23 il sonra İstanbulda “Florya Metin Oktay” təsislərində baş tutacaq.

Qardaşlıq görüşündə “Qalatasaray”ın əfsanəvi futbolçularından qurulmuş komanda Azərbaycan idman jurnalistlərinin yığması ilə üz-üzə gələcək.

AİJA-nın bu təşəbbüsü “Qalatasaray” idman klubu tərəfindən müsbət qarşılanıb. Klubdan AİJA-ya göndərilən məktubda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və “Qalatasaray”ın UEFA kubokunu qazanmasının 23-cü ildönümü münasibətilə keçiriləcək qardaşlıq görüşünün mayın 17-də baş tutacağı bildirilib.

Xəbər 105 dəfə oxundu.