Bu gün Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulacaq.

Turun sonuncu oyununda “Qarabağ” klubu “Qəbələ”ni qəbul edəcək.

“Azersun Arena” oynanılacaq matç saat 20:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olacaq. Ağdam klubu 81 xalla turnir cədvəlinin liderdir. "Qəbələ" 48 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sabah" "Kəpəz"i, "Zirə" "Şamaxı"nı 3:0 hesabı ilə üstələyib. "Turan Tovuz" "Neftçi"ni (4:0), "Səbail" isə "Sumqayıt"ı (3:1) məğlub edib.

Xəbər 118 dəfə oxundu.