“Turan Tovuz”un futbolçusu Runi Eva Azərbaycan çempionatları tarixinə düşüb
“Turan Tovuz” klubu Azərbaycan Premyer Liqasında ilk böyük hesablı qələbəsini qazanıb. Debütantın ilk uğuru XXXIII tura təsadüf edib.

Baş məşqçi Ayxan Abbasovun yetirmələri “Neftçi”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıb. Tovuz klubu həm də ilk dəfə bir matçda 4 qol vurub.

Bu görüşdə 3 qola vuran Runi Eva het-trikə imza atıb. O, “Turan Tovuz”un tarixinə Premyer Liqada ilk het-trikin müəllifi kimi düşüb.

Runi həm də Azərbaycan çempionatları tarixində bir oyunda 3 qol vuran ilk kamerunludur. O, Afrika qitəsindən olan legionerlərin 8-ci het-trikinə imza atıb. Runiyə qədər 6 afrikalı 7 matçda hərəyə üç qol vurub. Əhməd Ticani iki, digərləri bir het-trikə sevinib.

Qeyd edək ki, cari mövsümdə ikinci dəfə bir futbolçu matçda 3 qol vurub. Runiyə qədər buna Emin Mahmudov nail olub. “Neftçi”nin üzvü “Səbail”lə XV turun qarşılaşmasında het-trik edib.

Xəbər 113 dəfə oxundu.