Azərbaycanın U-17 komandası moldovalı həmyaşıdları ilə qarşılaşıb
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş UEFA inkişaf turnirində son oyununu keçirib.

Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 3:2 hesabı ilə rəqibin xeyrinə nəticələnib.

Millimizin qollarını 26-cı dəqiqədə Həsən Nəzərli və 39-cu dəqiqədə Ziya Şəkərxanov vurublar.

Yığmamız ilk oyununda Farer adaları yığmasına 2:0 hesabı ilə gəlib.

Xəbər 113 dəfə oxundu.