Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2023”ün qalibləri müəyyənləşib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2023”ün qalibləri müəyyənləşib.

“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda kişilər arasında ukraynalı Boqdan Simonoviç qalib gəlib. İkinci yeri gürcüstanlı David Karataşvili, üçüncü pilləni türkiyəli Çoban Arkan tutub.

Qadınların mübarizəsində ukraynalı Natalya Simonoviç birinci olub. Türkiyəli Hasibe Demir marafonu ikinci, digər ukraynalı atlet Valentina Poltavska üçüncü pillədə başa vurublar. Yarışın start nöqtəsi ilə yanaşı, finişi də Dövlət Bayrağı Meydanı olub və 21 kilometrlik məsafəni əhatə edib. 2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

Xəbər 128 dəfə oxundu.