Çimərlik futbolu üzrə Azərbaycan millisi Türkiyə yığmasına qalib gəlib
Antalyada təlim-məşq toplanışına yekun vuran çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində son yoldaşlıq oyununu keçirib.

Türkiyə milli komandasına qarşı oyun 4:2 hesabı ilə millimizin xeyrinə nəticələnib.

Amid Nəzərovun dubl etdiyi oyunda komandamızın digər qollarını Fuad Hüseynov və İsa Zeynallı vurublar.

Qeyd edək ki, komandalar arasında daha əvvəl keçirilmiş iki qarşılaşma müvafiq olaraq, 4:3 və 4:2 hesabı ilə Türkiyə millisinin xeyrinə nəticələnmişdi.

Xəbər 123 dəfə oxundu.