Emiliya-Romanya Qran-Prisinin təşkilatçıları İtaliyada daşqın fonunda F1 mərhələsinin müqəddəratından danışıblar
İtaliyanın şimalının bəzi regionlarında güclü leysanın əmələ gətirdiyi daşqınlara baxmayaraq, Formula 1 çempionatının Emiliya-Romanya Qran-Prisi təşkil olunacaq.

Bu barədə idman tədbirinin təşkilatçıları bəyan ediblər. Yürüş uik-endinin keçiriləcəyi İmola şəhəri də ziyan çəkib.

“Biz təsdiqləyirik ki, bu həftə regionumuzu cənginə alan fırtınalar hazırda trasın vəziyyətinin hansısa pozuntusu ilə nəticələnməyib və tədbirin özünə heç cür təsir etməyəcək”, - deyə “PlanetF1” nəşri Emiliya-Romanya mərhələsinin təşkilatçılarından birinin sözlərindən sitat gətirir.

İtaliyanın şimalının bəzi regionlarında güclü leysan yağışları nəticəsində hava təhlükəsinin ən yüksək səviyyəsi elan olunub. Axtarış-xilasetmə işləri aparılır. Təbii fəlakət nəticəsində bir neçə nəfər həlak olub.

Xatırladaq ki, Formula 1 çempionatının Emiliya-Romanya Qran-Prisi 19-21 may tarixlərində keçirilməlidir.

Xəbər 175 dəfə oxundu.