“Ferensvaroş” klubu ardıcıl beşinci dəfə Macarıstan çempionu olub
“Ferensvaroş” futbol klubu növbəti dəfə Macarıstan çempionu olub.

Budapeşt təmsilçisi ardıcıl ikinci dəfə vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.

XXX turun açılış oyununda “Keçkemeti”nin “Honved”ə 0:1 hesablı məğlubiyyəti lider “Ferensvaroş” rəqibləri üçün əlçatmaz edib.

Beləliklə, “Ferensvaroş” ardıcıl beşinci, ümumilikdə isə 34-cü dəfə Macarıstan çempionu adını qazanıb.

Xəbər 137 dəfə oxundu.