Azərbaycan Avropa Oyunlarında ilk dəfə 10 atıcı ilə təmsil olunacaq
Azərbaycan Avropa Oyunlarında ilk dəfə 10 atıcı ilə təmsil olunacaq. İyunda Polşada keçiriləcək üçüncü Avropa Oyunlarında atıcılarımızdan ümidlərimiz böyükdür.

Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib.

İyulda idmançılarımızın bir neçə sınaq yarışlarında iştirak edəcəyini diqqətə çatdıran baş katib həmin ay gənclər arasında dünya çempionatının Koreya Respublikasında keçiriləcəyini və atıcılarımızın həmin yarışda gücünü sınayacağını deyib: “Avqustda isə ölkəmiz atıcılıq üzrə dünya çempionatına ev sahibliyi edəcək. Yarışda "Paris-2024" Yay Olimpiya Oyunlarına 48 lisenziya oynanılacaq. Olimpiadaya ən çox lisenziya məhz Bakıdakı yarışda öz sahibini tapacaq”.

Xəbər 141 dəfə oxundu.