PSV klubu Niderland kuboku yarışlarının qalibi olub
PSV komandası futbol üzrə Niderland kuboku yarışlarının qalibi olub.

Eyndhoven təmsilçisi həlledici oyunda "Ayaks"la qarşılaşıb. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyunun qalibi penaltilər seriyasında bəlli olub. Burada daha dəqiq olan PSV kuboku başa üzərinə qaldırıb – 3:2.

Qeyd edək ki, PSV bununla da 11-ci dəfə ölkə kubokunu qazanıb. "Ayaks" isə 20 dəfə bu titula sahib olub.

Xəbər 108 dəfə oxundu.