Serbiya millisi Bakıda beynəlxalq turnirə qələbə ilə başlayıb
Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol üzrə beynəlxalq turnirə start verilib.

Turnirin ilk matçında Serbiya millisi Gürcüstan yığması ilə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə Serbiya minimal hesablı qələbə qazanıb – 1:0. Matçda yeganə qolu Nikola Tomiç vurub.

A qrupunda yer alan millimiz ilk oyununu bu gün açılış mərasimindən sonra Çexiya seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, millimiz qrup oyunları çərçivəsində mayın 2-də İtaliya, ertəsi gün Gürcüstan, ayın 4-də isə Serbiya ilə üz-üzə gələcək. B qrupunda isə Ukrayna, Qazaxıstan, Fransa, Türkiyə və Cənubi Afrika Respublikası mübarizə aparacaq.

Xəbər 115 dəfə oxundu.