MOK rəsmisi ANOC-un missiya rəhbərlərinin ikinci seminarında iştirak edib
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin direktoru Həsənağa Rzayev avqustun 5-dən 12-dək İndoneziyadakı Bali adasında keçiriləcək Dünya Çimərlik Oyunlarının missiya rəhbərlərinin ikinci seminarına qatılıb.

Yarışların keçirilməsi ilə bağlı hazırlıq prosesini müzakirə edən görüş iştirakçıları, həmçinin yarışların açılış və bağlanış mərasimləri, logistika, tibb, nəqliyyat, gəliş-gediş, yarışların keçiriləcəyi məkanlar, atletlər kəndi, akkreditasiya, atletlərin qeydiyyatı və yerləşdirilməsi və yaradılan şəraitlə bağlı məsələlərə aydınlıq gətirilib. Missiya rəhbərlərinin Oyunlar öncəsi planlaşdırma və əməliyyatların bütün aspektləri, eləcə də Bali-2023 barədə ən son məlumatlarla tanış olaraq, öz komandaları üçün müvafiq hazırlıqları təmin etmələri seminarın əsas məqsədi olub.

Qeyd edək ki, Dünya Çimərlik Oyunları - Milli Olimpiya Komitələri Assosiasiyası (ANOC) tərəfindən yaradılan və ilk dəfə 2019-cu ildə Qətərin ev sahibliyi edən qlobal çox idmanlı tədbirdir. Doha-2019-da ölkəmizi bu oyunlarda 7 idmançı təmsil edilib.

Azərbaycan komandası çimərlik oyunlarında 4 gümüş 1 bürünc medal olmaqla ümumilikdə 5 medal qazanıb.

Xəbər 116 dəfə oxundu.