Azərbaycanın stolüstü tennisçiləri Xorvatiyada 4 medal qazanıblar
Azərbaycanın stolüstü tennisçiləri Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirinin son günündə daha üç medal qazanıblar.

Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın şəxsi turnirində Xorvatiya, Sloveniya, Serbiya və Yunanıstan idmançılarına qalib gələn U-13 millimizin üzvü Onur Quluzadə yarımfinalda almaniyalı rəqibinə 2:3 hesabı ilə uduzaraq bürünc mükafata layiq görülüb.

Yağmur Məmmədli - Xədicə Eylazova, Onur Quluzadə - Tunar Bağırov tandemi isə qoşa yarışlarda üçüncü yeri tutub.

Xatırladaq ki, yarışın ilk günlərində mübarizə aparan U-13 seçməmiz komanda turnirində gümüş mükafata sahib çıxmışdı.

Xəbər 164 dəfə oxundu.