“Qəbələ” baş məşqçisi Elmar Baxşıyevlə müqaviləni yeniləyəcək
“Qəbələ” futbol klubu baş məşqçisi Elmar Baxşıyevlə müqavilənin uzadılması ilə bağlı razılığa gəlib.

Baş məşqçi ilə aparılan danışıqlar müsbət yekunlaşıb. Tərəflər yeni müqavilənin bağlanması ilə bağlı şifahi razılığa gəliblər.

Qeyd edək ki, bir müddət əvvəl Elmar Baxşiyevin növbəti mövsümdən “Neftçi”yə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlər yayılmışdı.

Xəbər 94 dəfə oxundu.