Azərbaycan Qran-Prisinin qalibi: Maks Ferstappen ilə birlikdə yaxşı çıxış etdik | |
Yarış çətin keçdi və Maks Ferstappenin təzyiqinə dözməli oldum. Bunu Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olan “Red Bull Racing” komandasının pilotu Serxio Peres deyib. Meksikalı sürücü komanda yoldaşı M.Ferstappenlə birlikdə yaxşı çıxış etdiklərini bildirib. O, 2021-ci ildə olduğu kimi, Bakı trekində yenə finişə birinci çatmasına da münasibət bildirib: “Bakıda iki qələbə? Əslində, iki yarım. Təhlükəsizlik maşını çıxanda liderliyi ələ keçirə bildik. Bu gün ikimiz də yaxşı sürət yığdıq, hətta bir-iki dəfə divara toxunduq. M.Ferstappen mənə həqiqətən də çətin anlar yaşatdı. Ancaq hər şeyi nəzarətdə saxlamağı bacardım”. Bu, Serxio Peresin cari mövsüm ikinci uğurudur. O, Səudiyyə Ərəbistanı Qran-prisində də birinci olub. Qeyd edək ki, M.Ferstappen yarışı ikinci, “Ferrari”nin pilotu Şarl Lekler isə üçüncü pillədə başa vurublar. |
|
Xəbər 156 dəfə oxundu. |
|
|