Formula 1: “Red Bull Racing” və Maks Ferstappen dünya çempionatında liderliklərini davam etdirirlər
“Red Bull Racing” komandasının pilotu Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisində ikinci olsa da, pilotların sıralamasında liderliyini davam etdirir.

Niderlandlı pilotun aktivində 93 xal var və sıralamada birincidir.

Formula 1 Azərbaycan Qran-Prisinin qalibi Serxio Peres 87 xalla ikinci pillədə yer alıb. İlk üçlüyü “Aston Martin”in ispaniyalı sürücüsü Fernando Alonso tamamlayıb.

Formula 1-in Bakı mərhələsində üçüncü olan “Ferrari”nin pilotu Şarl Lekler xallarının sayını 28-ə çatdırıb və altıncı yerə yüksəlib.

Konstruktorlar kubokuna isə 180 xalla “Red Bull Racing” komandası rəhbərlik edir. “Aston Martin” 87 xalla ikinci, “Mercedes” isə 76 xalla üçüncü pillədə qərarlaşıblar.

Xəbər 156 dəfə oxundu.