Yeniyetmə stolüstü tennisçilər arasında ölkə turnirinə yekun vurulub
Yeniyetmə stolüstü tennisçilər arasında ölkə turniri keçirilib.

Sumqayıt şəhərində yerləşən “Qarabağ NN stolüstü tennis klubu”nda təşkil olunan yarışda 2014-cü il təvəllüdlü və daha az yaşlı idmançılar şəxsi xarakterli mübarizədə bacarıqlarını göstəriblər. Nəticələrə əsasən oğlanların yarışı Həzrət Kamilovun (Şabran) qələbəsi ilə başa çatıb, Yunis Babayev (Şabran) ikinci, Əliəkbər Mirzəliyevlə (Bakı) Saleh Hümbətov (Sumqayıt) üçüncü yeri tutub.

Qızların turnirində mükafatlara Sumqayıt idmançıları layiq görülüblər. Mehri Aslanzadə qızıl, Alina Miradiyeva gümüş, Sofiya İlyasova ilə Fərəh Hidayətzadə bürünc medal qazanıb.

Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.

Qeyd edək ki, turnir stolüstü tennisin kütləviliyini artırmaq və perspektivli idmançıları üzə çıxarmaq məqsədi ilə keçirilib.

Xəbər 163 dəfə oxundu.