Özbəkistanlı turist: Bakının sürətli yolları yarışa daha çox maraq və həyəcan qatır
Özbəkistanın paytaxtı Daşkənddən gəlmişəm. Formula-1 Qran Prisini artıq 30 ildir izləyirəm. Lakin Bakıya Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün ilk dəfədir gəlirəm.

Bu sözləri məxsusi açıqlamasında özbəkistanlı turist Farhad Madıyarov söyləyib.

“Düşünürəm ki, Bakının çox sürətli yolları var. Bu da öz növbəsində yarışa daha çox maraq və həyəcan qatır”, - deyə o bildirib.

Qeyd edək ki, paytaxtımızda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü də maraqlı idman mübarizəsi şəraitində keçib.

Dünya çempionatının dördüncü mərhələsi – Azərbaycan Qran-Prisində bu mövsümün ilk sprint yarışı və yürüşü təşkil olunub.

Formula 1-də üç mərhələdən və Bakıda təşkil olunan cari mövsümün ilk sprint yarışından sonra pilotların siyahısına “Red Bull Racing” komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir.

Xəbər 167 dəfə oxundu.