Rusiyalı turist: Formula-1 Azərbaycan Qran-Prisində hər şey yüksək səviyyədə təşkil olunub
Mən ilk dəfədir Formula 1 Azərbaycan Qran-Prisini Bakıda izləyirəm. Burada çox maraqlı ab-hava var.

Bunu məxsusi açıqlamasında rusiyalı turist Antipov Andrey deyib.

“Formula-1 Azərbaycan Qran-Prisində hər şey yüksək səviyyədə təşkil olunub. Burada hər şey çox gözəldir. Bakının yolları isə çox yararlı və sürətlidir. Gələcəkdə yarışlar keçirilsə, yenə ölkənizə gələcəyəm”, - deyə o vurğulayıb.

Qeyd edək ki, aprelin 30-da yarışın sonuncu günündə əvvəlcə Formula 2 pilotları mübarizə aparacaq, sonra isə əsas mərhələ keçiriləcək. Saat 15:00-da Formula 1-də əsas yarış start götürəcək və yekunda qalib müəyyənləşəcək.

Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir.

Xəbər 161 dəfə oxundu.