Gimnastımız Nikita Simonov dünya kuboku yarışlarında qızıl medal qazanıb
Azərbaycanın idman gimnastı Nikita Simonov dünya kuboku yarışlarında qızıl medal qazanıb.

Misirin paytaxtı Qahirədə təşkil olunan turnirdə halqa ilə hərəkətlərin finalında bütün rəqiblərini qabaqlayan təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, dünya kuboku yarışlarına aprelin 30-da yekun vurulacaq.

Xəbər 121 dəfə oxundu.