Sabah karateçimiz Ülvi Məmmədov Avropa çempionatında yarışlara qoşulacaq
Məlum olduğu kimi, Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF/ESF) təşkilatçılığı ilə 13-cü Avropa çempionatı keçirilir.

Komandamızın heyətində, kapitan, ikinci dan qara kəmər sahibi Ülvi Məmmədov (+84 kiloqram) da yer alıb.

Qeyd edək ki, Ülvi Məmmədov 2021-ci ilin oktyabrında Polşanın Katovis şəhərində 30-dan çox ölkənin iştirakı ilə keçirilən fudokan üzrə 25-ci Avropa çempionatında komanda döyüşlərində bürünc, 2021-ci ilin noyabr ayının 5-7 –də Türkiyədə WSF üzrə dünya çempionatında gümüş, 2022-ci ildə Qırğızıstanda keçirilən Açıq Asiya çempionatında gümüş medal qazanıb. Ötən il Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federasiyasının (WSF) təşkilatçılığı ilə 12-ci dünya çempionatında isə Ü.Məmmədov fəxri kürsünün birinci pilləsinə qalxaraq dünya çempionu tituluna sahib olub.

Qeyd edək ki, Ü.Məmmədov yarışlara aprelin 30-da qoşulacaq.

Xəbər 158 dəfə oxundu.