Kikboksinq üzrə “Heydər Əliyev İli” kuboku keçirilir
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən keçirilən tədbirlər davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib, Heydər Əliyev adına Hərbi İnstitutda Müdafiə Nazirliyi və Gənclər və idman komitəsinin təşkilatçılığı ilə Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunan kikboksinq üzrə “Heydər Əliyev İli” kuboku keçirilir.

Kikboksinq idman növünün yeniyetmə və gənclər arasında geniş yayılması məqsədilə keçirilən yarışda ümumilikdə 622 idmançı üç yaş kateqoriyasında birincilik uğrunda mübarizə aparacaq.

Yarışlar mayın 1-dək davam edəcək.

Xəbər 185 dəfə oxundu.