Dahi Lider Heydər Əliyevin 100 illiyi münasibətilə su polosu üzrə “Qələbə” turniri keçiriləcək
Mayın 7-də “Aquatic Palace” Su İdmanı Sarayında Dahi Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş su polosu üzrə gənclər komandaları arasında “Qələbə” turniri keçiriləcək.

Azərbaycan Üzgüçülük Federasiyası və “Qarabağ VP” su polosu klubunun dəstəyi ilə Bakıdakı Rus Evinin təşkil etdiyi yarışda 2008-2009 il təvəllüdlü gənclər iştirak edəcək.

Xəbər 139 dəfə oxundu.