Aerobika gimnastlarımız dünya kuboku yarışlarında mübarizə aparıblar
Aerobika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya kuboku yarışlarında və beynəlxalq turnirdə güclərini sınayıblar.

Dünya kuboku yarışlarında ölkəmizi yığma komandamızın üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva fərdi və qarışıq cütlük proqramında təmsil ediblər. Hər iki proqramda finala vəsiqə əldə edən idmançılarımız qarışıq cütlük proqramında yeddinci, fərdi çıxışlarla hərəkətlərin icrasında isə səkkizinci pillədə qərarlaşıblar.

Beynəlxalq turnirdə ən yaxşı nəticəni fərdi proqramda çıxış edən Məryəm Topçubaşova və üçlük proqramında ölkəmizi təmsil edən Sara Əlixanlı, Sənəm Kazımova və Dilarə Qurbanova göstəriblər. Təmsilçilərimiz hər iki proqramda dördüncü olublar. Fərdi proqramda çıxış edən digər gimnastımız Sara Əlixanlı isə yarışı yeddinci pillədə başa vurub.

Xəbər 103 dəfə oxundu.