Maks Ferstappen Azərbaycan Qran-Prisinin sıralanma turunda liderliyə yüksəlib
Bakı şəhər halqasında keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunun ikinci sessiyası başa çatıb.

“Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferastappen liderliyə yüksəlib.

Beş pilot – Corc Rassel (“Mercedes”), Esteban Okan (“Alpine”), Aleksander Albon, Loqan Sarjent (hər ikisi “Williams”) və Valtteri Bottas (“Alfa Romeo”) mübarəni dayandırıb.

Hazırda sıralanma turunda üçüncü sessiya davam edir.

Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik Bakı şəhər halqasında yarışırlar.

Xəbər 113 dəfə oxundu.