“Preme Racing”in pilotu Oliver Berman Formula 2 yarışlarının sıralanma turunda fərqlənib
“Preme Racing” komandasının pilotu Oliver Berman Bakıda Formula 2 yarışlarının sıralanma turunun qalibi olub.

30 dəqiqə davam edən yürüşdə “Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi yarışı ikinci, “ART Grand Prix”in pilotu Teo Purşer üçüncü pillədə başa vurublar.

Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışdan əvvəl pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Qırx beş dəqiqə davam edən sərbəst yürüşdə “Preme Racing” komandasının pilotu Oliver Berman birinci olub. “Hitech”in üzvü İsak Hajar ikinci, “Campos Racing”dən Kuş Maini üçüncü pillədə yer alıblar.

Aprelin 29-da Formula 2-də sprint, ertəsi gün isə əsas yarış keçiriləcək. Sprint yarışında pilotlar 21, əsas yarışda isə 29 dövrə vuracaqlar.

Xəbər 124 dəfə oxundu.