Keçmiş pilot Mika Hakkinen Azərbaycan Qran-Prisi ərəfəsində proqnozlarını söyləyib
Formula 1 yarışlarının keçmiş pilotu, ikiqat dünya çempionu Mika Hakkinen Azərbaycan Qran-Prisi ərəfəsində proqnozlarını söyləyib.

Mika Hakkinen deyib: “W14” ilə bağlı problemlərə baxmayaraq, Luis Hamilton və Corc Rassel komandanı çempionatda üçüncü yerə çıxara bilərlər. İndi “Mercedes” komandası “Aston Marti”dən cəmi 9 xal geri qalır. Toto Volff əlindən gələni edir ki, komandanı zirvəyə qaytarsın, hərçənd “Red Bull Racing” hələ ki, əlçatmazdır, amma mövsümün sonunadək ikinci yer tamamilə mümkündür.

Bu, bir sıra dəyişikliklərin olduğu, o cümlədən Ceyms Ellisonun texniki direktor vəzifəsinə qayıtdığı komandada yaxşı nəticə idi. Melburnda Corc Rasselin bəxti gətirmədi, qırmızı bayraqlarla dayandırılması onun strategiyasını pozdu. Maks Ferstappen yəqin ki, qalib gələcəkdi, onun maşını güclü idi, lakin “Mercedes” sabit şəkildə podiuma yüksələ bilsə, 2023-cü il onlar üçün pis olmayacaq.

“Ferrari” Konstruktorlar Kubokunda dördüncüdür, Şarl Lekler isə şəxsi hesabda yalnız 10-cu yerdədir. Bu, komanda və Lekler üçün problemdir. Ötən il “Ferrari” maşını təsnifatda ən sürətli idi, lakin“Red Bull Racing”, “Aston Martin” və “Mercedes” bu komandaya mövsümün əvvəlində çətinlik yaratdı. “Ferrari” sürəti əlavə edə biləcəkmi? Ümid edirəm ki, Melburndan sonrakı fasilə onlara maşından daha çox səmərə qazanmağa kömək edəcək.

Bakı trası səhvləri bağışlamır və əvvəllər də sürprizlərlə dolu olub. Şənbə sprinti vəziyyəti daha da çətinləşdirəcək. Qəzaların baş verəcəyinə dair yüksək ehtimalı nəzərə aldıqda, bazar yürüşünü “Red Bull Racing”in pilotunun qazanmayacağı, məsələn, Fernando Alonso və Corc Rasselin udacağını söyləmək olar.

Xəbər 155 dəfə oxundu.