Para-pauerliftinqçilərimiz dünya kuboku yarışlarında iştirak edəcəklər
Tbilisidə para-pauerliftinq üzrə dünya kuboku yarışları başlayıb.

Yarışda milli komandamız da iştirak edəcək.

Mayın 1-dək edəcək turnir “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıracaq.

Qeyd edək ki, yarışdan əvvəl Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün tibbi təsnifat keçiriləcək. Tibbi təsnifatdan uğurla keçmiş idmançılar yarışda iştirak hüququ əldə edəcəklər.

Xəbər 161 dəfə oxundu.