Serxio Peres: Qələbə mənim dəyişməz hədəfimdir

“Red Bull Racing” komandasının pilotu Serxio Peres Formula 1 Azərbaycan Qran-Prisi zamanı qarşıdakı çıxışı haqqında danışıb.

Serxio Peres deyib: “İstirahət etmək, trenajor zalında çoxlu məşq etmək və bazada komanda ilə işləmək imkanı əla oldu. Trasdan uzaqda vaxt keçirmək imkanını yaxşı dəyərləndirmək lazımdır, çünki qarşıda gərgin yürüş seriyaları var.

Mənim bu mövsümdə məqsədim maşının və nəticələrin sabitliyinə nail olmaqdır, çünki Avstraliya mərhələsi bu baxımdan heç də ideal olmadı. İki yürüşdə hər şey alınırdı, amma indi biz komanda ilə birlikdə mövsümün sonunadək yüksək standartlara əməl olunmasını təmin etməliyik.

Altı həftə ərzində müxtəlif tipli traslarda keçiriləcək beş yürüşdə çıxış etməliyik və bu, RB19-un bu mövsümdə nə dərəcədə yaxşı olacağını anlamağa imkan verəcək.

Ötən il komanda Bakıda əla nəticə əldə edib və hər kəs bilir ki, şəhər trası mənim xoşuma gəlir. Beləliklə, qələbə mənim dəyişməz hədəfimdir. Uik-endin yeni formatı nizamlamanın axtarılmasını bir az çətinləşdirəcək, amma bütün komandalar bərabər vəziyyətdədir. Biz ilk dəqiqədən hər şeyi düzgün yerinə yetirəcəyimizə təminat verməliyik. Sükan arxasına qayıtmağı səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-dən 30-dək keçiriləcək.

Xəbər 126 dəfə oxundu.