Aleks Elbon: Bakı yürüşündən əvvəl əsas müzakirə mövzusu uik-endin yeni formatıdır
“Williams” komandasının pilotları Aleks Elbon və Loqan Sarcent Formula 1 Azərbaycan Qran-Prisi öncəsində özlərinin planları və gözləntilərini bölüşüblər.

Aleks Elbon deyib: “Bakı yürüşündən əvvəl əsas müzakirə mövzusu uik-endin yeni formatıdır. Cümə günü cəmi bir məşq var, ona görə də hər şeyi dərhal düzgün yerinə yetirmək vacibdir. Biz bu trasla simulyatorda çalışmışıq, ona yaxşı bələdik, lakin uik-endin necə keçəcəyini sonra görəcəyik.

Döngələrin əksəriyyəti asta – 90 dərəcəlidir, bu səbəbdən maşının effektiv olacağı təqdirdə bütün dairəni sürətlə qət etmək mümkün olacaq”.

Loqan Sarcent isə qeyd edib ki, Bakıda bu uik-end zamanı sükan arxasına qayıtmaq onu sevindirir. O əlavə edib: “Mən bu üç həftədə hazırlıq və mövsümün davamı üçün çalışmışam. Mərhələ maraqlı olmalıdır, axı bu, mənim şənbə sprinti ilə birinci uik-endimdir. Tras da yetərincə mürəkkəbdir. Mən bu çağırışı qəbul etməyi səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-də start götürür və iki təsnifat və iki yarış yürüşü olmaqla, yeni formatda keçiriləcək.

Xəbər 121 dəfə oxundu.