Lens Stroll: Mən 2017-ci ildə məhz Bakıda ilk dəfə Formula 1 podiumuna qalxmışam
“Aston Martin” komandasının pilotu Lens Stroll Formula 1 Azərbaycan Qran-Prisində qarşıdakı çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Kanadalı yürüşçü deyib: “Son üç Qran-Pridən sonra kiçik fasilənin yaranması əladır, amma hər şeydən çox yürüşdə iştirak etməyi sevirəm. Mövsümün güclü başladığını nəzərə alaraq, mən yenidən start xəttinə çıxmağı səbirsizliklə gözləyirəm.

Mən 2017-ci ildə məhz Bakıda ilk dəfə Formula 1 podiumuna qalxmışam. İndi də bizim yaxşı şansımız var. Yarış maraqlı olacaq!

Bu uik-end zamanı biz ilk dəfə yeni formatda sprint keçirəcəyik. Ümidvaram ki, bu, azarkeşlərin xoşuna gələcək. Mümkün qədər tez mübarizəyə qoşulmaq lazımdır. Əminəm ki, komandamız bunun öhdəsindən layiqincə gələcək”.

Qeyd edək ki, Formula 1 aprelin 28-30-da Bakıda keçiriləcək.

Xəbər 125 dəfə oxundu.