Fernando Alonso: Bakı trası pilotlar üçün unikal çağırışdır
“Aston Martin” komandasının pilotu Fernando Alonso aprelin 28-30-da keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisində qarşıdakı çıxışı haqqında danışıb.

ispaniyalı pilot deyib: “Bir neçə həftəlik fasilədən sonra yenidən mübarizəyə qayıtmaq məni məmnun edir. Mən yaxşı istirahət etmişəm və indi mürəkkəb Bakı trasında yürüşü çox gözləyirəm. Bu, bizim hər birimiz üçün sınaqdır.

Dar və asta şəhər döngələri sürətli hissələrlə birləşdirən bu tras pilotlar üçün unikal çağırışdır və hücum etmək, mövqe uğrunda mübarizə aparmaq imkanı verir.

Sevinirəm ki, bu uik-end zamanı bizi şənbə sprinti ilə mərhələ gözləyir. Biz bu trasda çoxlu maraqlı yürüşlərin şahidi olmuşuq, indi isə daha cəlbedici olmalıdır. Axı irəlidə iki təsnifat və iki yürüş var.

Üç Qran-Pridən sonra biz maşını daha yaxşı tanıyırıq. Mühüm olan Avstraliyada başlanan işi davam etdirmək və sonrakı inkişafa nail olmaqdır.

Xəbər 107 dəfə oxundu.