Stolüstü tennisçilərimiz “Europe youth series” turnirində yarımfinala yüksəliblər
Stolüstü tennis üzə U-13 milli komandamız Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirində uğurla çıxış edir.

Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komandamız dörddəbir finalda Sloveniya millisini də 5:1 hesabı ilə məğlub edib. Yarımfinalda stolüstü tennisçilərimiz ev sahibinin digər kollektivi ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi altında Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparırlar.

Xəbər 155 dəfə oxundu.