Enrike Bernoldi Azərbaycan Qran-Prisinin üçüncü stüardıdır
Formula 1, “ChampCar”, “IndyCar”, “WEC” və “FIA GT” yürüşlərinin sabiq pilotu Enrike Bernoldi çempionatın Azərbaycan Qran-Prisinin üçüncü stüardı vəzifəsinə dəvət olunub.

Mübahisəli məqamlara onunla bərabər FIA-nın apellyasiya məhkəməsinin üzvü Niş Şetti və belçikalı Matye Remmeri aydınlıq gətirəcək. Həmin bu üçlük Səudiyyə Ərəbistanı Qran-Prisində də birgə işləmişdi.

Bəhreyndə üçüncü stüard Derek Uorik idi, Səudiyyə Ərəbistanı və Avstraliya mərhələlərində isə Enrike Bernoldi çalışmışdı.

Qeyd edək ki, Formula 1 çempionatının aprelin 28-də start götürəcək. Azərbaycan mərhələsi iki təsnifat və iki yarış yürüşü ilə yeni formatda keçiriləcək.

Xəbər 111 dəfə oxundu.