“Neftçi” Azərbaycan Kubokunda yeni rekorda imza atıb
“Neftçi” Azərbaycan Kubokunda yeni rekorda imza atıb. Bakı klubu finala 11-ci dəfə yüksəlməklə buna nail olub.

“Ağ-qaralar” yarımfinalda “Turan Tovuz”u mübarizədən kənarlaşdırıb. İlk görüşdə 0:1 hesabı ilə uduzan “Neftçi” evdə iki cavabsız qolla qalib gəlib.

Tarixində 11-ci dəfə həlledici matça vəsiqə qazanan paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçu olub. Bunadək “Neftçi” və “Qarabağ” hərəyə 10 dəfə final həyəcanı yaşayıb. On birinci belə sınağa çıxacaq “ağ-qaralar” altı, Ağdam klubu yeddi dəfə kubokun sahibi olub.

Xəbər 122 dəfə oxundu.