“Udineze” klubu yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
İtaliyanın “Udineze” klubu yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

A Seriyası təmsilçisi ABŞ klubu “Çinçinnati”dən braziliyalı hücumçu Brenneri transfer edib. Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İyirmi üç yaşlı futbolçu iyuladək “Çinçinnati”də oynamağa davam edəcək. O, “Udineze”yə yay transfer pəncərəsi açılandan sonra qoşulacaq.

2021-ci ildən ABŞ klubunda çıxış edən futbolçu 72 oyuna 27 qol vurub. O, daha öncə Braziliyanın “San Paulo” və “Fluminense” klublarının da uğurları üçün çalışıb.

Xəbər 157 dəfə oxundu.