Renat Dadaşovun komandası İsveçrə çempionatında növbəti qələbəsini qazanıb
Futbol üzrə İsveçrə çempionatında 30-cu turun oyunları keçirilib.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb. Komanda doğma meydanda lider “Yanq Boyz”la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1. R.Dadaşov da bu görüşün iştirakçısı olub. O, 67-ci dəqiqədə meydana çıxıb.

“Qrasshopper” 30 turdan sonra 40 xalla 10 iştirakçı arasında beşinci pillədə qərarlaşıb.

Xəbər 142 dəfə oxundu.