“Kəpəz”in futbolçusu digər klubların maraq dairəsinə düşüb
Cari mövsüm “Kəpəz” klubunun heyətində diqqət çəkən oyunçulardan Fərid Nəbiyev artıq digər komandaların maraq dairəsinə düşüb.

“Zirə” və “Səbail” F.Nəbiyevi transfer etmək istəyir. Klublar daha yaxşı maliyyə şərtləri təklif etdiyindən futbolçunun mövsümün sonunda “Kəpəz”dən gedəcəyi gözlənilir.

Qeyd edək ki, F.Nəbiyev cari mövsümdə 20 oyunda 4 qol vurub.

Xəbər 123 dəfə oxundu.