Azərbaycanın həndbol millisi dünya çempionatına məğlubiyyətlə başlayıb
Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında start götürən dördüncü dünya çempionatında mübarizəyə başlayıb.

"D" qrupunda yer alan yığma ilk turda ev sahibləri ilə qarşılaşıb. Görüş 30:19 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Azərbaycan seçməsi qrupda növbəti matçını Nigeriyaya qarşı keçirəcək.

Qeyd edək ki, mundiala aprelin 30-da yekun vurulacaq.

Xəbər 175 dəfə oxundu.