Avropa çempionatında iştirak edən yunan-Roma güləşçilərimiz vətənə qayıdıblar
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında çıxış edən yunan-Roma güləşçilərimiz artıq vətənə qayıdıblar.

idmançıları Heydər Əliyev adına Hava Limanında idman ictimaiyyəti, jurnalistlər, azarkeşlər qarşılayıblar.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) Xorvatiyada keçirilən Avropa çempionatının qalibi olublar, Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıblar.

Xəbər 143 dəfə oxundu.