Xavyer Zanetti Azərbaycana gələcək
İtaliyanın “İnter” klubunun vitse-prezidenti, argentinalı sabiq futbolçu Xavyer Zanetti Azərbaycana gələcək.

Bu haqda o, öz instagram hesabında paylaşım edib.

Zanetti Azərbaycanda fəaliyyət göstərən “İnter” akademiyasının üzvləri ilə görüşmək üçün ölkəmizə səfər edəcəyini bildirib.

Qeyd edək ki, Xavyer 1995-2014-cü illərdə “İnter”də futbolçu kimi çıxış edib.

Xəbər 129 dəfə oxundu.