Qadın həndbolçuların Azərbaycan çempionatında son iki turun oyunları ilə mübarizəyə yekun vurulub | |
Qadın həndbolçuların Azərbaycan çempionatında son iki turun oyunları ilə mübarizəyə yekun vurulub. Çempionatın lideri “Azəryol” XIX turda “Azərsu”nu sınağa çəkib. Səviyyə fərqinin açıq-aşkar hiss olunduğu oyunda cəmi 7 dəfə fərqlənən “Azərsu” bunun qarşılığında 37 dəfə topu tordan çıxarmalı olub. “Qarabağ” isə “İdman Akademiyası” ilə görüşdə favorit statusunu təsdiqləyib. İnamlı oyun nümayiş etdirən nominal ev sahibi görüşü 32:20 hesablı qələbə ilə başa vurub. Bu komandaların XX turdakı qarşılaşmasında da imkanları yüksək qiymətləndirilən “Qarabağ” qələbə qazanıb – 39:19. “Azəryol” isə bu turda “Azərsu”nu 36:15 hesabı ilə məğlubiyyətə uğradıb. Beləliklə, mübarizəni 46 xalla başa vuran “Azəryol” növbəti dəfə Azərbaycan çempionu adına layiq görülüb. “Qarabağ” 36 xalla gümüş, “İdman Akademiyası” 26 xalla bürünc mükafata sahib çıxıb. “Azərsu” çempionatı 9, “U-16” 3 xalla başa vurub. |
|
Xəbər 265 dəfə oxundu. |
|
|