Almaniyanı Bakıda dünya kuboku yarışlarında iki gimnast təmsil edəcək
Aprelin 21-23-də Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.

Turnirdə 46 ölkədən idmançılar fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.

Yarışda Almaniyanı təmsil edəcək heyət açıqlanıb. Fərdi proqramda Melanie Dargel və Darya Varfolomeev çıxış edəcəklər.

Üç gün ərzində baş tutacaq yarışlarda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, yarışlarda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil ediləcək onuncu dünya kuboku yarışları olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 137 dəfə oxundu.