“Çelsi” ilə cavab oyunu “Real Madrid”in hücumçusu Kərim Benzema üçün əlamətdar olub | |
UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsi çərçivəsində “Çelsi” ilə keçirilən cavab oyunu “Real Madrid”in hücumçusu Kərim Benzema üçün əlamətdar olub. Fransalı forvard qitənin ən nüfuzlu klub turnirində 150-ci görüşünə çıxıb. Benzema buna nail olan beşinci futbolçu kimi tarixə düşüb. Onu hazırda Çempionlar Liqasındakı oyun sayına görə cəmi 4 oyunçu qabaqlayır. Bunlar Kriştiano Ronaldo (183 oyun), İker Kasilyas (177), Lionel Messi (163) və Xavidir (151). Bundan əlavə, Benzema “Real”ın heyətində Çempionlar Liqasında 131-ci qarşılaşmasını keçirərək, yeni rekord müəyyənləşdirib. O, “kral klubu”nda ən çox iştirak edən meydan oyunçusu olub. Benzema madridlilərin əfsanəsi Raulu Qonzalesi (130) geridə qoyub. |
|
Xəbər 126 dəfə oxundu. |
|
|