“Milan” 16 illik fasilədən sonra UEFA Çempionlar Liqasında yarımfinala yüksəlib
İtaliyanın “Milan” futbol klubu 16 illik fasilədən sonra UEFA Çempionlar Liqasında yarımfinala vəsiqə qazanıb.

Baş məşqçi Stefano Piolinin komandası dörddəbir finalda İtaliyanın digər təmsilçisi “Napoli”ni mübarizədən kənarlaşdırıb.

“Milan” sonuncu dəfə 2007-ci ildə turnirin dörddəbir finalında çıxış edib. Həmin mövsüm “Milan” turnirin qalibi olmağı da bacarıb. Komanda finalda “Liverpul”a 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Milan” yarımfinalında “İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

Xəbər 113 dəfə oxundu.