“Trabzonspor” klubunun yeni baş məşqçisi müəyyənləşib
Türkiyənin “Trabzonspor” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda xorvatiyalı mütəxəssis Nenad Belitsa həvalə olunub.

Mütəxəssislə 2024/2025-ci il mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, "Trabzonspor"da Abdullah Avcının martda istefaya göndərilməsindən sonra köməkçi məşqçi Orhan Ak bu mövsümün sonunadək baş məşqçi təyin olunmuşdu. Ancaq o, aprelin 5-də - Türkiyə kuboku yarışlarının dörddəbir finalında "Ankaragücü"nə 1:3 hesabı ilə uduzduqları oyundan sonra istefa verib.

Xəbər 95 dəfə oxundu.