“Neftçi” Ukrayna klubunun üzvü ilə maraqlanır | |
Ukrayna Premyer Liqasında çıxış edən daha bir futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər. “Aleksandriya”nın yarımmüdafiəçisi Emil Mustafayevin ölkəmizdə oynamaq ehtimalı yaranıb. Bu ildən “Aleksandriya”nın əsas heyət üzvünə çevrilən U-21 yığmamızın üzvü ilə “Neftçi” danışıqlar aparır. Ancaq futbolçu Premyer Liqanın digər komandalarının da diqqət mərkəzində olduğundan “Neftçi”nin onunla anlaşması asan olmayacaq. Qeyd edək ki, “Aleksandriya”nın yetirməsi olan və 2021-ci ildən əsas komandada çıxış edən E.Mustafayevin klubla müqaviləsi mövsümün sonunadəkdir. |
|
Xəbər 111 dəfə oxundu. |
|
|