“Sabah”ın yarımmüdafiəçisi Elvin Camalov karyerasını Polşada davam etdirə bilər
Bakının “Sabah” klubunun yarımmüdafiəçisi Elvin Camalov karyerasını ölkə xaricində davam etdirə bilər.

Millimizin də üzvü olan futbolçu Polşanın “Poqon” klubunun maraq dairəsinə düşüb. Polşanın güclülər dəstəsində çıxış edən komanda mövsümün sonunda futbolçunun transferi ilə bağlı “Sabah”la danışıqlara başlamaq fikrindədir.

Qeyd edək ki, E.Camalovun “Sabah”la 2024-cü ilin yayınadək müqaviləsi var.

Xəbər 98 dəfə oxundu.